Kürmük məbədi

Azərbaycanın Qax rayonu ərazisində vaxtilə mövcud olmuş qədim alban məbədinin (I-III əsrlədə mövcud olub) qalıqları üzərində XIX əsrdə Çar Rusiyası tərəfindən bölgəni xristianlaşdırmaq və dini dayaq yaratmaq məqsədilə inşa olunmuş kilsədir .

Ərazidə aparılan arxeoloji qazıntılar zamanı müəyyən olunmuşdur ki kilsə qədim məbədin qalıqları üzərində inşa olunmuşdur. İlisu sultanlığını işğal edən Çar Rusiyası xristianlığı yaymaq üçün qədim məbədin üzərində yeni kilsə tikmişdir.

Əjdər baba

©Elxan Qəniyev
41-45 dünya müharibəsindən həyatını xışla yer şumlayıb əkin əkmiş, maldarlıq və qoyuçuluqa adamış Bərdənin Ərəblər kəndi sakini 90 yaşlı Əjdər baba. sağlamlıqın yediyimiz qidalarda olduğunu söyləyən Əjdər baba daima təmiz heyvan südü, qatıqı və yağından istifadə edib. Əjdər baba yaşına baxmayraq indidə at sürür hər yere at ilə geden baba çox sağlam və gümrah bəlkədə indiki gənclərə numunədir. Əllərində zəhmətin, gözlərində zamanın, qamətində isə qürür və halalıqın xəritəsi var. Allah uzun ömür versin.

Bir balıqçının hekayəsi

©Elxan Qəniyev
 
Yoldan keçərkən kanalın yaxınlıqında oturmus nurani simanı görüb fotosunu çəkmək istəyi ilə yaxınlaşdım biraz söhbət etdik. 54 yaşlı İlham Şəkərov körpünün altında özünə çadır qurub o artıq ömrünün 41 ilini balıqçılıqa həsr edib. Hər il mövsümü gözləyib öz cadırını götürüb balıq tutmaq üçün səfərlər edir bu səfər artıq 58 gün çəkirdi yorğunluq gözlərindəm zəhmət təri alnında axırdı. Bəzən insanlarla söhbət edərkən dünyanın nə qədər fərqli çərçivələrə sahib olduğu, malın mülkün ala bilmədiyi xoşbəxtlikləri görməyən insanları və bəzənsə hər kiçik hissdən və ümüddən xoşbəxt olan insanları görürəm hələdə yaşamaqa bir ümüd var )

Göygöl ©Elxan Qəniyev

 

_ELX5643sanki bütün insanlardan il boyu yorulmuş boynu bükülü bir maral kimi səssiz və soyuq görünürdü. Bəzən gözəllikləri görülməsin çirkləndirilməsin deyə bir qaba qoyub əlçatmaz bir qaranlıqa bütün gözəlliklərin yanına qoymaq istəyirəm o qaranlıqda bakir dənizlər bakir göllər və bakir təbiətin əl çatmaz ruhunun dərinliklərində səfər etmək insanların görə bilmədiyi qaranlıq günəşin əhatəsində böyümək düşüncəmi deyişmək istəyirəm.

©Elxan Qəniyev Göygöl “Qadanalım Xala”

©Elxan Qəniyev
 
Bugün sizlərə Xəqani dayı və Zəminə xalanı tanıdacaqam . Demək olar ki 20-30 ilə yaxındır kətə (qutab) bişirib satırlar Zəminə xalanı el arasında “Qadanalım Xala” kimi tanıyırlar insanı o qədər əzizləyirki insan yediyi kətələrin necə sevgi ilə bişirildiyini anlayır 60 yaşı olan Xəqani dayı söyləyirki Göygöldə ilk kətəni özləri bişirib satıb onun sözlərinə görə onlardan sonra kətə satışı ölkədə dəb halına düşüb 55 yaşlı Zəminə xalasa bizə dadlımı dadlı kətələrə qonaq etdi. Məncə Göygölə gedənlər mütləq o dadlı kətələri “Qadanalım” xalanın əlindən dadsın .

İsmayıllıda yanğın

Hərzamanki kimi yeni yerlər kəşfetmək fotolar çəkmək üçün motosikletimə minərək üzü dağ istiqamətinə ismayıllı rayonundan çıxdım. Yola yenicə başlamışdim ki bir yanğınsöndürənin getdiyini gördüm hər zaman ardıyca düşüb kiçik yanğınları çəkirdim amma hər zaman sadəcə ot və bənzəri kiçikmiqyaslı yanğınlar rast gəlirdi bu səfərdə ardınca düşdüm. Gedib çatanda isə bir tövlənin yandığını və sahibinin can hayı ilə söndürmək üçün çalışdığını ot bəlimlərini  çıxararaq yanğının qarşısını almaq üçün öz həyatını təhlükəyə atır, kim bilir nə əziyyətlə alın təri ilə yığılmışdı o otlar çox təsirli mənzərə idi ətrafda isə kənd cammatının carəsiz gözlərlə izləməsi. Bəzən insan çəkəcəyi kadırların anların təsirindən uzun müddət çıxa bilmir yaraların gec sağaldığı kimi. Foto sənəti çox dəyərli bir sənətdir hər çəkdikdə foto deyil canlı bir an kimi yanaşmaq hər çəkdiyini ruhunda hissetmək kimidir.

Bəzən xeyirə açılan qapıdır səfər bəzənsə əksinə diqqətiniz yolda olsun! Bakı-Ələt magistral yolunda baş veren qəza zamanı 90-OJ-802 dövlət nömrə nişanlı “Kamaz” 149 saylı avtobusla toqquşub.

Lerik səfəri, yola yenicə çıxmışdıq ki yolun sağ istiqamətinin tam durduğunu gördük qəza olduğununun fərqinə varıb sürücüdən saxlamasını xahiş etdim. Enib baxdıqda isə çox dəhşətli mənzərə ilə qarşılaşdım. Hərkəs trammadan donub həyatın necə də incə bir telin üzərində olduğunu dərkedirmişcəsinə bir istiqamətə baxır və gözlərini belə qirpmırdılar o anda insanın sərhədləri və necə carəsiz qaldığını gördüm. Ətrafl biraz gəzdim ən çox təsir edənsə yaşlı qadının yerdə oturması və gözləri ilə qəzaya düşən maşına baxıb kimbilir nələr düşünür. Bəlkədə 5-10 dəqiqə əvvəl güldüyü söhbət etdiyi insanların necə ağır vəziyyət içərisində bir kadr kimi donduğunu görürdü çox təsirli idi. Biraz dövr edəndə bir qadının üzü bağlı şəkildə yerə uzadılmış cansız bədənin gördüm kim bilir bəlkədə hansısa xəyalları düşüncələri ümüdləri sönmüş bir ulduz tək qalmışdı yəyqin ki avtobusda heçkimi yox idi. Bunları izləyərək həyatın səhfi bağışlamadığını görürəm siz siz olun dostunuza düşməninizə belə pislik etməyin!